Müğənni- aktyor Özcan Dəniz keçmiş həyat yoldaşı Feyza Aktandan şikayətçi olub.
“Qafqazinfo” xəbər verir ki, o, Feyzanın hazırda yaşadığı villa üçün ekrimisil (ədalətsiz işğal -red.) iddiası qaldırıb. Sənətçi eks-xanımının sözügedən evdə qanunsuz olaraq yaşadığını, oranı mənimsədiyini qeyd edib.
Bundan əlavə, Dəniz Aktandan 5 min TL (1146 AZN) təzminat tələb edib. Müğənni bu günə qədər ödədiyi kommunal xərclərin ona qaytarılmasını istəyib.
Qeyd edək ki, Feyza bir neçə gün bundan əvvəl Özcandan şikayətçi olmuş, onu qəsdən yaralama, azadlıqdan məhrum etmə, təhqir, təhdid və ev toxunulmazlığını pozmaqda ittiham etmişdi.
Son xəbərlər
Son Xəbərlər