Bu dəfə özü ağladı

bu-defe-ozu-agladi
Oxunma sayı: 6561

Şimali Koreya lideri Kim Çen Inın dostu ölüb. 

“Qafqazinfo”nun baku.ws-ə istinadən məlumatına görə, Şimali Koreya liderinin ən yaxın dostu kimi tanınan İşçi Partiyasının katibi 73 yaşındakı Kim Yang-gon, yol qəzasında həyatını itirib.

Şimali Koreya İşçi Partiyası katibi və ölkənin Cənubi Koreya ilə müzakirələrində məsul şəxs olan Birləşmiş Cəbhə Şöbəsi direktoru Kim Yang-gon, dünən səhər 06.15' radələrində keçirdiyi yol qəzasında dünyasını dəyişib.

Kim Yang-gon üçün təşkil edilən cənazə mərasimində Şimali Koreya lideri Kim Çen In göz yaşlarına hakim ola bilməyib.