Bu dəfə Putinsiz...

bu-defe-putinsiz
Oxunma sayı: 1871


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel keçən il Ukrayna torpağı olan Krımın işğal edilməsi ilə G8 grupundan uzaqlaşdırılan Rusiyanın iştirakını mümkünsüz hesab edib. Keçən il Belçikada baş tutan görüş bu il 7-8 iyun tarixlərində Bavariyada baş tutacaq. 

Qeyd edək ki, Almaniyaya 30 milyon avroya başa gələcək zirvə görüşünün dəqiqəsinə 90 min avro xərclənəcək. Zirvədə liderlər dünya iqtisadiyyatı, IŞİD təhlükəsi, xarici siyasətlə birlikdə iqlim dəyişikliyinin qarşısını almaq üçün tədbirlərin görülməsi də müzakirə olunacaq. 

Günel Hacı