Bu dəfə Qalata qülləsi bayrağımızın rənglərinə boyandı - Video

Bu dəfə Qalata qülləsi bayrağımızın rənglərinə boyandı
Oxunma sayı: 4448

Azərbaycana dəstək məqsədilə İstanbulun rəmzlərindən biri olan tarixi Qalata qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.

“Qafqazinfo”  “Hürriyet”ə istinadən xəbər verir ki, ölkəmizlə birlik və bərabərliyin nümayişi olan bu təşəbbüs Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub. Saat 20:15-00:00 aralığında qüllədə Azərbaycan bayrağı əks olunub.

Xatırladaq ki, ötən gün Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi ölkəmizin bayrağının rənglərinə boyanmışdı. Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda yer almışdı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi