Bu dəfə qardaşı oğlu nazir oldu

bu-defe-qardasi-oglu-nazir-oldu
Oxunma sayı: 4152

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Adam Çerxiqov ölkənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri postuna gətirilib.

“Qafqazinfo” xəbər verir ki, respublika başçısı təyinat barədə teleqram kanalında məlumat verib.

2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu və oğlu Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinə rəhbərlik edirdi. 

Qeyd edək ki, ötən ay Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.