Bu dəfə qubernatoru tənqid etmək üçün “Mersi, Baku” oxudular - Video

bu-defe-qubernatoru-tenqid-etmek-ucun-mersi-baku-oxudular
Oxunma sayı: 3705

Rusiyanın qalmaqallı “Leninqrad” qrupu yeni mahnısında Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovu tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, ironik klip “Mersi, Baku” adlanır. Burada Beqlovun Azərbaycanın paytaxtında doğulduğuna işarə olunur.

Qrupun solisti Sergey Şnurov Sankt-Peterburqun qubernatorunu I Pyotrla müqayisə edir. Mahnıda “Çar Moskvada doğulub, Beqlov isə Azərbaycanda”, Beqlov “Qar olmayan, zibil və buz parçası nadir rast gəlinən yerdə doğulub” kimi tənqidi cümlələr yer alıb.

Beqlovun ünvanına ən kəskin tənqid isə bu ifadədə yer alıb: “Biri bizim şəhərin əsasını qoyub, digəri isə onu məhv edəcək”.

Beqlov tənqidlərə cavab olaraq bildirib ki, postunu tərk etməyi planlaşdırmır. O söz verib ki, hökumət komandası ilə bərabər başladığı islahatları davam etdirəcək və onları sona çatdıracaq. Beqlov şəhərdə yaranmış bütün narahatlıqları baş verən dəyişikliklərlə izah edib.  

Qeyd edək ki, “Mersi, Baku” “Leninqrad” liderinin Sankt-Peterburq rəhbərliyini tənqid etdiyi sayca üçüncü mahnısıdır.