Bu dəfə Sabirabadda...

bu-defe-sabirabadda
Oxunma sayı: 744

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvandan sonra növbəti dayanacağı aprelin 13-də Sabirabad rayonu olub.

"Qafqazinfo" AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə Kür və Araz çaylarının qovuşduğu məkandan - Suqovuşan hövzəsindən su götürülüb. İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev “Bakı-2017”nin misdən hazırlanmış qabını su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər.

Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil olan “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.