Bu dəfə sığorta şirkətlərinin rəhbərləri ilə görüş

bu-defe-sigorta-sirketlerinin-rehberleri-ile-gorus
Oxunma sayı: 819

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ölkədə fəaliyyət göstərən sığorta şirkətləri ilə görüş keçirib.

Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan sığorta bazarındakı mövcud vəziyyəti müzakirə etmək üçün təşkil olunmuş görüşü giriş sözü ilə açan Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta sisteminin ölkə iqtisadiyyatında ev təsərrüfatlarının, bizneslərin və bəzi hallarda dövlətin riksklərininin transfer mexanizmi və akkumulyativ investisiya kanalı kimi vacib funksiyalara malik olduğunu bildirib.

“Biz faktiki olaraq fəaliyyətə martın 31-də başlamışıq və ilk olaraq bank sektorundakı durumun diaqnostikası və həlli təcili olan problemlərlə məşğul olmuşuq. Bununla belə sığorta sektorunun ilkin diaqnostikasını həyata keçirmişik və müəyyən problemləri aşkarlamışıq. Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsinə, hesabatlılığın inkişaf etdirilməsinə və maliyyə dayanıqlığının gücləndirilməsinə ehtiyac var. Hazırda biz tərəfdən reallaşdırılan tənzimləmənin məqsədi ilk növbədə qlobal maliyyə böhranının neqativ təsirlərinin aradan qaldırılması, ödəmə qabiliyyətlərini qabaqçıl standartlara uyğunlaşdırılması, və beləliklə sığorta şirkətlərinin regional və beynəlxalq rəqabətliliyini təmin etməkdən ibarətdir” – deyə R. Aslanlı qeyd edib.

Görüşdə çıxış edən sığorta şirkətlərinin rəhbərləri onları narahat edən problemləri bildirməklə yanaşı gələcəkdə sığorta sahəsi üzrə qərar və qanunların müzakirəsi prosesində iştirak etmək istədiklərini bildiriblər.