“Qafqazinfo” xəbər verir ki, bukmeykerlər Braziliydakı oyunlarla bağlı azarkeşlərə maraqlı mərclər təqdim ediblər. Onların sırasında ən kreativi isə hər hansı bir oyun zamanı qadın azarkeşin soyunaraq meydançaya daxil olması ilə bağlıdır. Əgər proqnoz sevən biri “bəli, bu matçın gedişatında qadın azarkeş soyunaraq meydançaya daxil olacaq” variantına mərc etsə, bu mərcə pul qoysa, proqnozu doğru çıxsa, qalib olacaq. Bundan başqa Neymarla da bağlı maraqlı mərc elan edilib. Belə ki, Neymarın oyun zamanı simulasiyaya yol verərək, qəsdən yerə yıxılacağını təxmin edəcək azarkeşlər də mərcin qalibi ola biləcəklər.
İqbal
Son xəbərlər
Son Xəbərlər