AQTA paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib.
Qurumdan “Qafqazinfo”ya daxil olanməlumata görə, reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qeyd edək ki, reydlər Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Struktur bölmələrinin əməkdaşları ilə birlikdə həyata keçirilib.
Son xəbərlər
Son Xəbərlər