Bu dəfə sürücü ayağını şüşədən çıxardı... - Video

Bu dəfə sürücü ayağını şüşədən çıxardı...
Oxunma sayı: 2317

Son aylar Azərbaycandakı yol qəzalarının çoxu sürücülərin məsuliyyətsizliyi ucbatından baş verir. Nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddinin aşılması, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində qeydə alınır. 

Sosial şəbəkələrdə növbəti sürücü məsuliyyətsizliyini göstərən video yayılıb. Görüntülərdə 99 RB 822 dövlət nömrə nişanlı “Mersedes Vito” markalı avtomobilin sürücüsünün ayağını şüşədən kənara çıxardığı görünür. Bununla da, həmin şəxs yolda qəza vəziyyəti yaradır.

“Qafqazinfo” Baku.ws-ə istinadən həmin videonu təqdim edir:


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi