Bu dəfə tələbə binadan özünü atdı- - Daha bir intihar

bu-defe-telebe-binadan-ozunu-atdi-
Oxunma sayı: 2254


“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi imiş.

K. Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.