Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
XİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüş iyunun 20-də Vaşinqton şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Xatırladaq ki, XİN rəhbərləri sonuncu dəfə mayın 13-də Brüsseldə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Son xəbərlər
Son Xəbərlər