Bu dəfə Xaçmazda 1 ton ot yandı

bu-defe-xacmazda-1-ton-ot-yandi
Oxunma sayı: 752

Xaçmazda yanğın olub. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, rayonun Vələmir kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​