Bu dəfə Zabitlər parkında bayram şənliyi keçirildi

bu-defe-zabitler-parkinda-bayram-senliyi-kecirildi
Oxunma sayı: 917

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə Zabitlər parkında növbəti bayram şənliyi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər,rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Kosa, Keçəl, Bahar qız və Dədə Qorqud tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.