“Bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik, B planımız var”

bu-dehlizi-herbi-yolla-ele-kecirmek-istemirik-b-planimiz-var
Oxunma sayı: 4795

“Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels signal”a müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı suala cavab verərkən deyib. 

Əmirbəyov jurnalistin “Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlar var idi ki, bu dəhliz potensial olaraq Ermənistan ərazisi hesabına ölkənizin əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirə bilər. Sadəcə məsələ ilə bağlı sizə bir daha mövqeyinizi açıqlamağa imkan vermək istəyirəm. Bu əraziyə ərazi iddiasının olmadığını iddia edirsiniz? Düzdür?” sualına cavab verərkən deyib:

“Bu tamamilə doğrudur. Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, ölkəmizin iki hissəsi arasında rabitə əlaqəsini bərpa etmək istəyimizdə biz bunu Ermənistanın ərazisini zəbt etmək yolu ilə təmin olunmasını düşünmürük. Biz bu rabitə xəttinin bərpa olunmasının tərəfdarıyıq və bu bağlantı sovetlər dövründə mövcud idi. Dediyimiz sadəcə odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Öhdəliklərdən biri 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli atəşkəs sazişindən irəli gəlir. Onlar Azərbaycanın iki hissəsi arasında bu əlaqəni təmin etməyə razılaşıblar. Çünki bu yolla bu Naxçıvan Muxtar Respublikası təcrid vəziyyətinə son qoyulmuş olacaq. Bununla belə bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Biz bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsi arasında bağlantı deyil, həm də bu, orta dəhlizin alternativ marşrutuna çevrilə bilər. Fikir verin, bu gün Ermənistan istənilən regional iqtisadi layihədən tamamilə təcrid olunub Azərbaycanla münaqişəsi və Türkiyə ilə həll olunmamış problemlərinə görə tamamilə oyundan kənardır. Beləliklə, biz bunu hər iki tərəfin qazandığı vəziyyətə çevirməyə çalışırıq. Sülhdən Ermənistan da faydalana bilər. Ancaq bunun faydalarını dərk etmək istəmirlərsə, biz buna təkan verməyəcəyik”.

- Alternativ planınız varmı? Məqsəd hərbi yolla əldə edilməyəcəksə. 

- Bunun üçün bizim B planımız var. Əgər Ermənistan bu əlaqənin öz ərazisindən keçməsini istəmirsə, və təklifimizin bəhrəsini dərk etmək iqtidarında deyilsə, biz Naxçıvanla nəqliyyat bağlantısını İran vasitəsilə etməyə hazırıq. Biz İran tərəfi ilə bu barədə danışıqlara artıq çoxdan başlamışıq.