Bu peyvənd meymunlara müsbət təsir göstərdi

bu-peyvend-meymunlara-musbet-tesir-gosterdi
Oxunma sayı: 1619

Amerikanın “Novavax” dərman şirkəti ixtira etdiyi vaksinin koronavirusun meymunlar arasında yayılmasının qarşısını aldığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, firma hazırda vaksinin insanlarda eyni təsirə sahib olub-olmayacağını araşdırır. 

Bildirilib ki, vaksin meymunlara 3 həftə fasilə ilə 2 doza vurulub. Araşdırma zamanı məlum olub ki, virus meymunlarda yoxa çıxıb və heyvanlara hər hansı bir mənfi təsir etməyib. 

“Novavax”ın vaksinindən İngiltərədə ilkin olaraq 9 min nəfərdə istifadə ediləcək və sonra bu rəqəmlər 15 minə çatdırılacaq.