“Bu, doğru yolda olduğumuzun göstəricisidir”

bu-dogru-yolda-oldugumuzun-gostericisidir
Oxunma sayı: 2385

“Dünya pandemiya ilə başlayan sağlıq böhranı və onun ardınca gələn iqtisadi böhranla sarsılsa da, Türkiyə hədəflərinə doğru yürüşünü sürətləndirib”.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi toplantıda deyib. O qeyd edib ki, iqtisadi idarəetmənin prioritetlərini sərmayə, məşğulluq, istehsal, ixrac və cari profisitə yönəlmiş böyümə təşkil edib: “İxracda 2021-ci ilin rəqəmlərini elan etdik. İli 225 milyard dollardan çox rəqəmlə tamamlamağımız doğru yolda olduğumuzun göstəricisidir”.