Bu dondurmalar zərərlidirsə, niyə hələ də satışdadır? - Video

bu-dondurmalar-zererlidirse-niye-hele-de-satisdadir
Oxunma sayı: 3356

İnsan sağlamlığı üçün təhlükəli hesab edilən dondurmalar marketlərdə hələ də satışdadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İTV Xəbər” süjet hazırlayıb.

Belə ki, satıcılar bəzi dondurmaların sağlamlığa zərərli olmaları barədə məlumatsız olduqlarını deyiblər. Onların sözlərinə görə, məsələ ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, ticarət şəbəkələrində satılan dondurmalarla bağlı artıq monitorinq keçirilib: “Həmin məhsulların satış şəbəkələrindən geri çağırılması və bu barədə qərarların verilməsi icra olunur”.

Qeyd edək ki, AQTA daha öncə 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanması ilə bağlı məlumat yaymışdı.

Daha ətraflı sujetdə: