Bu dörd ölkə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

bu-dord-olke-kibertehlukesizlik-sahesinde-emekdasliq-edecek
Oxunma sayı: 1260

“QUAD” ittifaqına daxil olan ABŞ, Hindistan, Avstraliya və Yaponiya kibertəhlükəsizlik sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir.

Görüşdə Avstraliyanın Baş naziri Skot Morrison, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Yoşihide Suqa iştirak edib.

Qeyd olunur ki, ölkələr ümumi kiber standartları qəbul edəcək, təhlükəsiz proqramın inkişafı üzərində işləyəcək və etibarlı rəqəmsal infrastrukturu inkişaf etdirəcək.

Tərəflər, həmçinin koronavirusa qarşı mübarizə və vaksinasiyanın aparılması, iqlim dəyişikliyi, yeni texnologiyalar, regiondakı vəziyyət, infrastruktur, kosmos, təmiz enerji, humanitar mübadilələrə dair məsələləri müzakirə ediblər.