Bəzi dövlət rüsumları ilə bağlı - Qərar

Bəzi dövlət rüsumları ilə bağlı
Oxunma sayı: 10752

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il tarixli qərarını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Əli Əsədovun digər qərarına əsasən isə Nazirlər Kabinetinin “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 25 yanvar 2007-ci il tarixli qərarından dövlət rüsumu ilə bağlı müddəa çıxarılıb.

***

Rüsumlarla bağlı dəyişikliklər üzrə uyğunlaşdırmalar aparılıb.

“Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklə həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar müvafiq hüquqi aktlarda bəhs olunan istiqamətlərdə uyğunlaşdırma aparılıb.

Həmçinin oxuyun: Bakıda 18 yaşlı qız sığınacaqdan qaçıb

Gülmirzə Cavadovun ölkədən çıxışına “stop” qoyuldu