"Bu ən böyük arzumuzdu" - Roman Qriqorçuk

bu-en-boyuk-arzumuzdu
Oxunma sayı: 1438

“Oyunu analiz edəcəyik və kubok matçına hazırlaşacağıq”.

“Qafqazinfo”  xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Topaz Premyer Liqasının XXII turunda səfərdə “Zirə”nin qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Komandamın oyunundan elə də razı qalmadım. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə bir qədər özümüzə gəldik”.

- Hakim idarəçiliyinin nəticəyə təsiri oldu?

- Mənim sizə qarşı münasibətimizi bilirsiniz. Xahiş edirəm, məni düzgün başa düşün, hakimlik barədə danışmaq istəmirəm.

- Bezetosnınin erkən zədələnməsi planlarınızı pozmadı?

- Aqilin meydana çıxması oyunumuza pis təsir etmədi. O, oyun ərzində komandamızı xilas edə bildi. Bezotosnınin zədəsinə gəlincə, durumu yaxşı deyil. Sabah daha dəqiq məlumat əldə edəcəyik.

- “Zirə”nin oyuna yaxşı hazırlaşması hiss olunurdu. Bəs, “Qəbələ” həftə ərzində nə etmişdi?

- “Zirə”nin futbolçularının fərqli oynadığını görmədim. Bu oyuna əvvəlki qədər hazırlaşmışdıq. Düzdü, oyun istədiyimiz kimi alınmadı. Ola bilər ki, futbolçuların beynində kubok var. Çünki kuboku qazanmaq bizim arzumuzdu.

- Cavid Hüseynov və Baqali Dabo çox yorğun görünürdülər. Cavidin imkanı olsaydı, oyunun sonunda əvəz olunmasını sizdən xahiş edərdi.

- Əlbəttə, Cavid müəyyən qədər stabil oynaya bilməz. Çünki zədəsi ona mane oldu. O, bizim ən vacib fiqurlarımızdan biridi və ona sonsuza qədər inanıram. Daboya gəlincə, onun xarici görünüşü belədi.

- Adınız bir neçə xarici klubla hallanır. Bunun “Qəbələ”nin zəif oynamasına təsiri varmı?

- Bəzi hallarda sizinlə razı ola bilərəm. Belə deyək, bəlkə prinsipiallıq, ehtiras çatışmır. Çünki oyundan əvvəl futbolçuların gözündə o alovu görmədim. Amma sizin fikrinizlə razı deyiləm. Baş məşqçi və ya futbolçu öz işinə görə çalışmalıdı. Çünki sevdiyi insan kənardan onun işinə baxır. Adım bir neçə klubla hallana bilər, amma bu məsələnin “Qəbələ”yə aidiyyatı yoxdu.