Britaniyalı aktrisa Sofi Törner hamilə halı ilə “Elle” jurnalının iyun buraxılışı üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, o, ikinci dəfə ana olmağa hazırlaşır.
“Mənim üçün həyat gələcək nəsilləri böyütməkdən ibarətdir. Həyatda ən yaxşı şey - qızımın get-gedə daha da güclü olmasını görməkdir. Biz ailəmizin böyüməsinə sevinirik. Bu, ən yaxşı Allah vergisidir”, - Törner deyib.
Qeyd edək ki, S. Törner 2019-cu ilin mayında amerikalı müğənni Co Conasla ailə həyatı qurub. Cütlüyün 2020-ci ilin iyulunda Uilla adlı qızı dünyaya gəlib.









Son xəbərlər
Son Xəbərlər