Bu ərazi qadağan olunmuş ov vasitələrindən təmizləndi

bu-erazi-qadagan-olunmus-ov-vasitelerinden-temizlendi
Oxunma sayı: 1400

“14-15 oktyabr tarixlərində Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib. Aksiyalarımız digər su hövzələrində də davam etdirilir”. “Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.

“Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə  dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar.

İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”, - deyə rəis bildirib.