Bu ərazilərdə işıq olmayacaq

bu-erazilerde-isiq-olmayacaq
Oxunma sayı: 2437

Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

“Qafqazinfo” “Azərişığ”a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.