Bu ərazilərdə qaz olmayacaq

bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 2793

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar 13.06.2024-cü il tarixində saat 10:00-dan etibarən paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi ((İB) məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şağan qəsəbəsinin, Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Maştağa Albalılıq, Bilgəh Albalılıq yaşayış massivlərinin bir hissəsinin, Şəfai, Xanlar, Zərdabi, Mehdi Hüseyn küçələrinin, Binəqədi rayonu üzrə Süleyman Sani Axundov, İlham Hacıyev, Amay Kumanbayev, Aydınbəyov küçələrinin, Nəsimi rayonu üzrə Asif Məhərrəmov küçəsinin, Yasamal rayonu üzrə isə Zərdabi küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.