Bu gün saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
***
Həmçinin paytaxtın Binəqədi rayonunun 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nəsimi rayonunun M.Cəlal küçəsi 64 ünvanında isə siyirtmənin quraşdırılması məqsədi ilə 08.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun A.S.Axundov, C.Xəndan, N.Nərimanov küçələrinin və Azadlıq prospektinin, Nəsimi rayonunun A.Məhərrəmov, Cavadxan, 20 Yanvar küçələrinin qaz təchizatında fasilə yaranacaqdır.