Bu ərazilərdə su olmayacaq

bu-erazilerde-su-olmayacaq
Oxunma sayı: 1921

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir.

"Qafqazinfo" “Azərsu” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar mayın 13-də saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar mayın 13-də 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.