Bu ərazilərdə su olmayacaq

bu-erazilerde-su-olmayacaq
Oxunma sayı: 2689

Mayın 27-si gün ərzində Xətai rayonunun bir hissəsinə (Xocalı Prospekti, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələri) içməli suyun verilişi dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Azərsu" Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı məlumat yayıb. 

Qeyd edilir ki, bu, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqadardır.