Bu ərazilərə hələ də qar yağır - Yenilənib

bu-erazilere-hele-de-qar-yagir
Oxunma sayı: 6936

Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan,  Zaqatala,  Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.4 metrdir.

Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 20:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Ağsu, Mingəçevir,  Şəmkir,  Göyçay, Lənkəran, Yevlax, Sabirabada qar yağmaqda davam edir.

Şimal-qərb küləyi  Bakıda 8-10 m/s, Abşeronda 16-20 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrdir.