"Qafqazinfo" SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə Nərimanabad kəndində keçirilmiş mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və SOCAR rəhbərliyinin, habelə Lənkəran rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məlumat verilib ki, hər iki kəndə qaz verilişi bərpa olunur. Bu məqsədlə 754 abonenti olan Nərimanabad kəndinə birpilləli sistem əsasında ümumi uzunluğu 28 214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 754 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Üzümçülük kəndinə isə uzunluğu 8528 metr müxtəlif diametrli metal, 901 metr muxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 167 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Son xəbərlər
Son Xəbərlər