Bu ərazilərə təbii qaz verildi

bu-erazilere-tebii-qaz-verildi
Oxunma sayı: 755


“Qafqazinfo” SOCAR-a istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, Zərdab rayonunun 273 abonenti olan Pərvanlı kəndinin qazlaşdırılması üçün 6800 metr uzunluğunda polietilen, 19 963 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Ağcabədi rayonunun Şahsevən kəndinin 130 abonentinə təbii qaz verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, bu məqsədlə 9474 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

175 abonenti olan Şahsevən Təzəkənd kəndinin qazlaşdırılması üçün 12 200 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 175 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.