“Qafqazinfo”nun məlumatına görə, bu gün Xaçmaz rayonunun Manafoba, Oğuz rayonunun Bayan, həmçinin Zaqatala rayonunun Yengiyan kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 146 abonenti olan Xaçmaz rayonunun Manafoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3040 metr uzunluğunda müxtəlif diametrli polietilen, 11 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 146 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
411 abonenti olan Oğuz rayonunun Bayan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2829 metr uzunluğunda müxtəlif diametrli polietilen, 32719 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 411 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Son xəbərlər
Son Xəbərlər