“Bu, Ermənistanın Azərbaycanla sülh münasibətlərindən asılıdır”

bu-ermenistanin-azerbaycanla-sulh-munasibetlerinden-asilidir
Oxunma sayı: 1356

“Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi Ermənistanın Azərbaycanla sülh münasibətlərindən asılıdır. Türkiyənin məqsədi bölgədə sülhə, sabitliyə və inkişafa nail olmaqdır. Qarabağ zəfəri bu məqsədin gerçəkləşməsinə əhəmiyyətli təsir göstərib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVM) sədri, səfir Alev Kılıç “AzərTAc”a açıqlamasında ifadə edib.

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıçın və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın mayın 3-də yenidən Vyanada görüşəcəyini şərh edən səfir Alev Kılıç bildirib ki, bölgə xalqlarının rifahının yeganə yolu qonşu ölkələr arasında sülh prosesinə nail olmaqdır. Altıtərəfli “3+3” platforması ideal əməkdaşlıq formuludur.