Bu əsər 30 milyona satıldı

bu-eser-30-milyona-satildi
Oxunma sayı: 1998

İngilis rəssamı Devid Hokninin “Şappıltı” (“The Splash”) əsəri Londonda keçirilən hərracda 23,1 milyon funt sterlinqə (29,8 milyon dollar) satılıb.

“Qafqazinfo” bildirir ki, bu barədə çərşənbə axşamı müasir incəsənət əsərlərinin hərracını keçirən “Sotheby’s” auksion evindən məlumat verilib.

1966-cı ildə yazılan əsər sonuncu dəfə 2006-cı ildə satışa çıxarılmışdı. Həmin vaxt o, indikidən səkkiz dəfə ucuz qiymətə satılmışdı.

"Şappıltı" əsəri

Devid Hokni