Fransız rəssam Klod Monenin “Doges sarayı” əsəri auksionda 32 milyon avroya satılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sotheby's” auksion evi məlumat yayıb.
Rəsm əsərini alan şəxsin kimliyi açıqlanmır.
Məlumata görə, K. Mone əsəri 1908-ci ildə Venesiyaya səfəri zamanı 3 fərqli variantda çəkib. Digər iki rəsm Nyu-yorkda “Bruklin” və “Metropoliten” muzeylərində saxlanılır.

Son xəbərlər
Son Xəbərlər