Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar

bu-eser-7-deqiqeye-454-milyon-dollara-satildi
Oxunma sayı: 4472

İtaliyalı rəssam Sandra Bottiçellinin (1445-1510) “Kədərlərin əri” (“Man of Sorrows”) əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılırdı. Portretin sahibi onu 1993-cü ildə almışdı. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.

“Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmır.