“Bu, əsl demokratik bayram idi”

bu-esl-demokratik-bayram-idi
Oxunma sayı: 2777

“Müşahidələrimiz zamanı seçicilərin aktiv fəallığının, seçkilərin demokratik, şəffaf keçirilməsinin şahidi olduq. Bu, əsl demokratik, önəmli bayram idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının nümayəndə heyətinin rəhbəri Əli Əsgər Məhəmmədi Sincani deyib.

“Belə ki, bu, Qarabağın azad olunmasından sonra keçirilən ilk seçki idi. Bizim üçün şərəf və iftixar oldu”, - deyə Sincani qeyd edib.

Onun sözlərinə görə, nümayəndə heyəti Bakıda 7 məntəqədə müşahidələr aparıb. O, seçkidə qadınların aktiv iştirakını xüsusi vurğulayıb.

Günel İbrahimova