Ötən il maddi çətinliklər yaşayan aktrisa Mischa Barton villasını satır.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Los-Angelesdə olan malikanəsini 7.5 milyon dollara yenidən satışa çıxarıb.
30 yaşlı kino ulduzu açıqlamasında tək yaşadığını, evin onun üçün böyük olduğunu söyləyib.
700 kvadrat metrlik villanın 7 yataq otağı, 10 hamamı, idman zalı və hovuzu var.
Qeyd edək ki, Barton sözügedən evi 2010-cu ildə də satışa çıxarmışdı.
Xatırladaq ki, aktrisa bir müddət yanında menecer kimi çalışan anası Nuala Barton barədə məhkəməyə müraciət etmişdi. İddiaçı anasının ondan icazə almadan həmin malikanəni satdığını bildirmişdi.
O, anasından 25 min dollar təzminat almaq istədiyini açıqlamışdı. Daha sonra bu iddialar özünü doğrultmamışdı.








Son xəbərlər
Son Xəbərlər