Bu fond Ermənistana 300 milyon ayıracaq

bu-fond-ermenistana-300-milyon-ayiracaq
Oxunma sayı: 1490


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak bildirib.  

“Fondun nümayəndələri Ermənistan hakimiyyəti ilə müzakirələr aparıb və Fondun Şurası kreditin  ayrılmasına dair  siyasi qərar verib”, deyə Storçak bildirib.  

Onun sözlərinə görə, kredit Fondun standart şərtləri əsasında kreditləşmənin məqsədləri tədricən müzakirə olunmaqla üç tranş şəklində təqdim ediləcək.  

Qeyd edək ki, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən 2009-cu ildə təsis edilib.