ANS PRESS-in xəbərinə görə, Pekindəki Rusiya Elm və Mədəniyyət Mərkəzində Rusiyanın baş naziri Dmitriy Medvedevin çəkdiyi fotolardan ibarət sərgi açılıb.
Sərgidə onun çəkdiyi 19 eksponat nümayiş etdirilir.
Rusiyanın Çindəki səfiri Andrey Denisov ötən gün mətbuata verdiyi açıqlamada mövzuyla əlaqədar məlumat verib: "Rusiyanın baş naziri Çində yaxşı tanınır. Burada Baş nazirin şəkilə böyük marağı olduğunu da bilirlər. Baş nazirin bəzi çəkdiyi şəkillər Medvedevin keçən ilki Çin səfəri zamanı Pekində və Hefey şəhərində Çinlilərə təqdim edilmişdi."
Sərgidə əsasən, yüksək təbəqə mənsublarının marağına səbəb olan fotolar ilboyu Çinin böyük və məşhur universitetlərində təqdim olunacaq.
Son xəbərlər
Son Xəbərlər