Bu fotosu terrorun simvolu olmuşdu, öldü... - Foto

bu-fotosu-terrorun-simvolu-olmusdu-oldu
Oxunma sayı: 4013

Yeni Zelandiyada cümə namazı zamanı iki məscidə edilən terror hücumu nəticəsində yaralanan səudiyyəli 61 yaşlı Muhsin əl-Harbi dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hücum zamanı 5 güllə yarası alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Muhsin əl-Harbi yaralı halda xəndəkdə aparılarkən işarət barmağı havada çəkilən fotosu ilə tanınmışdı. Sosial şəbəkələrdə sürətlə paylaşılan həmin foto Yeni Zelandiyadakı terrorun simvoluna çevrilmişdi.