Bu futbolçu Niderland millisinin tarixinə düşdü

bu-futbolcu-niderland-millisinin-tarixine-dusdu
Oxunma sayı: 2767

Bu gün keçirilən oyunda Qətərə qol vuran Niderland yığmasının futbolçusu Kodi Qakpo ilkə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, o, Niderland millisinin tarixində ilk 3 oyunda qol vuran birinci futbolçudur.

Qrup mərhələsinin ilk iki turunda da fərqlənən Qakpo, qapıya endirdiyi 4 zərbədən üçünü qola çevirə bilib. O, Uesli Sneyderdən sonra mundialda həm sağ və sol ayaqla, həm də başla qol vuran ilk futbolçu olmağı da bacardı.