“Bu, futbolçularda psixoloji gәrginlik yarada bilәr”- - Qurbanov

bu-futbolcularda-psixoloji-grginlik-yarada-bilr-
Oxunma sayı: 980


"Qafqazinfo"nun mətbuat konfransında iştirak edən əməkdaşının verdiyi məlumata görə, komandamızın baş məşqçisi Qurban Qurbanov mərhələni keçəcəklərini indandıqlarını bildirib:

"Çalışmalıyıq ki, öz şanslarımızdan istifadә edәk. Baxmayaraq ki, sәfәrdә yaxşı nәticә qazanmışıq, rәqib çәtin komandadır. Onların hücum xәtti güclüdür. Yaxşı oyunçular var. Hәr bir futbolçusu bizim üçün tәhlükәdir. Bütün bunları düşünmüşük. Çalışacağlq ki, hәr bir xәttә inamlı oynayaq. İnanıram ki, mәrhәlә adlayacağıq. Fikrimcә, bizi maraqlı oyun gözlәyir.

"Komandanın sәfәrdәn qәlәbә ilә qayıtması eyforiya yarada bilәr. Buna qarşı nә tәdbir görmüsüz?" sualına baş məşqçi belә cavab verib: "İnanmıramki, futbolçularım eyforiyaya qapılsın. Çünki bu qrupa düşmәk üçün son şansdır. Sәfәrdәki qәlәbә hәr kәsdә ümid yaradıb. Azarkeşlәr vә jurnalistlәr daha çox arxayındır, nәinki komanda. Hamımız bu oyunda qәlәbә istәyirik. Biz hәr kәsi sevindirmək istәyirik. Avropa Liqasında irәli getmәk hәr birimiz üçün tәcrübәdir. Bundan istifadә etmәk lazımdır".

Qurbanov stadionun hazırkı durumu ilə bağlı sualı da cavablandırıb: "Bu gün stadion haqqında düşünmәsәk, yaxşı olar. Amma ot örtüyü elә dә yaxşı deyil. Ola bilәr ki, sabah stadionda baxımlı oyun olmasın. Stadionu hamınız görmüsüz".

Baş məşqçi "Qarabağ"ın bu mövsüm Avropa Liqasında az qol vurması haqqında da danışıb: "Bәzi oyunlarda 1 qol da, qol vurmasan da, kifayәt edir. Әsas odur ki, nәticә bizim tәrәfimizdә olsun. Düzdür, futbolun gözәlliyi qoldur. Biz qol vurmağa çalışırıq, amma müdafiəni də unutmamamalıyıq. Müdafiә xәttini daha da güclәndirmәk lazımdır.

"Qarabağ" stadionun vәziyyәtinә görә başqa taktika seçәcәkmi" sualına mütәxәssis belә cavab verib: "Sabah Әl Harbi oynamayacaq. Zәdәsi var".

***

Qurbanov sabah әlavә vaxt vә penalti olacağı tәqdirdә komandanın hazır olub-olmaması barәdә bunları deyib: "Ümid edәk ki, әlavә vaxt olmayacaq. Hamının qeyd etdiyi kimi, penaltilәr lotoreyadır. Bu mövzuda futbolçulara yüklәnmirәm. Oyuna 2-3 gün qalmış futbolçularımla bunu mәşq etmirik. Çünki bu, onlarda psixoloji gәrginlik yarada bilәr. Amma ay әrzindә olur ki, biz mәşqlәrdә bunu edirik. Daha çox ikitәrәfli oyunlarda bunu edirik. Amma oyuna 2-3 gün qalmış bu barәdә ciddi bir mәşq olmur ".

Baş məşqçi rәqibin zәif cәhәtlәri haqqında isә bu fikirlәri bildirib: "Rәqibin zәif cәhәtlәri haqqında danışmaq istәmirәm. Oyundan әvvәl bunu demәk yaxşı deyil. Amma "Yanq Boyz" Avropada tәcrübәsi çox olan komandadır. İlk növbәdә oyunda onların hücumlarının qarşısını almağa çalışacağıq".

 Elvin Mәmmәdovun adının "18-liy"ә salınmayacağını bildirən Qurbanov əlavə edib: "Onun adı siyahıda olmayacaq. Bilirsiniz, atası rәhmәtә gedib".

Çalışdırıcı zәdәli olan braziliyalı yarımmüdafiәçi Çumbinyo haqqında mәlumat verib: "O, komanda ilә birlikdә mәşqlәrә başlayıb. Yaxın vaxtlarda tam bәrpa olacaq".

***

“Yanq Boyz”un baş məşqçisi Harald Qamparle isə "Qarabağ"ı mәğlub etmәyin çətin olduğunu bildirib:

"Bizim üçün çox çәtin olacaq. İlk matçı evdә uduzmuşuq. Bakıda da "Qarabağ"ı mәğlub etmәk çәtindir. Ona görә irәli atılacağıq".

İsveçrəli çalışdırıcı stadionun ot örtüyündәn danışıb: "Biz sabah bu meydançada oynayacağıq . Bizә başqa stadion vermәyәcәklәr. Bu meydanda sabah oynayacğıq vә qәləbә qazanmağa çalıçacağıq".

***

“Yanq Boyz”un baş mәçqçisi Harald Qamparle oyunun çətin keçəcəyini vurğulayıb:

“Bizim üçün çox çәtin olacaq. İlk matçı evdә uduzmuşuq. Bakıda da "Qarabağ"ı mәğlub etmәk çәtindir. Ona görә irәli atılacağıq".

İsveçәrli çalışdırıcı stadionun ot örtüyündәn danışı

“Biz sabah bu meydançada oynayacağıq . Bizә başqa stadion vermәyәcәklәr. Bu meydanda sabah oynayacğıq vә qәlbә qazanmağa çalıçacağıq".

“Çox mәyus görünürsünüz?" sualına baş mәşqçi belә cavab verib: "Yox. Belә deyil. Sabahkı oyundan sonra yenә belә ola bilәrәm"".

Baş məşqçi isveçrәli jurnalistin “Qarabağ"ın tarixi haqqında bilirsiz?” sualına isə rəqibin mətbuat xidmәti bu cavab verib:

- Biz bu barәdә bilirik. Onlar mәcburәn Bakıda oynayırlar.

Bundan әvvәl "Ayntraxt" vә "Zalsburq" "Qarabağ"la oyunlardan sonra Reynaldo üçün rәsmi tәklif göndәrdi. Sizdә dә belә şey ola bilәr? 

- Reynaldo haqqında mәlumatım var. Amma öz oyunçularımdan razıyam.

-Bakını gәzmisiz. Paytaxtınız haqqında nә tәәssüratlarınız var? 

-Belә dә çox gәzmәdik. Amma paytaxtınız gözәl, müasir şәhәrdir.

Elsevər


“Qafqazinfo”