Rusiya tərəfi Ukrayna şəhərlərini atəşə tutmaqda davam edir.
“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu gecə Nikolayev şəhərinin iki rayonu atəşə tutulub.
İlkin məlumata əsasən, rayonların biri “Smerç”lə, digəri isə S-300 raketləri ilə atəşə tutulub.
Nəticədə universitet yataqxanasına, yaşayış evlərinə ziyan dəyib.
Ölən olmayıb.