“Bu gecə bizim gecəmiz oldu” - “Neftçi”nin prezidenti

bu-gece-bizim-gecemiz-oldu
Oxunma sayı: 2145

“Hər kəsə təşəkkür edirik. “Neftçi” camiəsini təbrik edirəm. Bir neçə il bundan qabaq komanda çöküşdəydi. Bu komandanı minlərlə azarkeşlər dəstəkləyir. Bu bizə güc verdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra bakılıların prezidenti Kamran Quliyev deyib.

Çempion klubun rəhbəri fikirlərinə əlavə edib:

“Bu gecə bizim gecəmiz oldu. “Qarabağ”a da uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Neftçi” bu gün “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edərək 7 ildən sonra çempionluq sevinci yaşayıb.