Bu gecə hamı həyəcanlanacaq

bu-gece-hami-heyecanlanacaq-
Oxunma sayı: 663

B qrupunda lider Rusiya doğma meydanda əsas izləyicisi və rəqibi İrlandiyanı qəbul edəcək. Makedoniya Andorranı, Slovakiya isə Ermənistanı məğlub yola salmağa çalışacaq.

C qrupunun lideri İtaliya Sloveniya ilə qarşılaşacaq. İtalyanlar bu oyunda qələbə qazanmaqla AÇ-2012-yə vəsiqəni tam rəsmiləşdirə bilər. Serbiya və Şimali İrlandiya isə müvafiq olaraq Farer adaları və Estoniya ilə oyunlardan itkisiz ayrılmağa çalışacaq.

D qrupunda ikincilik uğrunda mübarizə aparan Bosniya-Herseqovina ilə Belarusun öz aralarındakı oyunu daha maraqla gözlənilir. Lider Fransa isə səfərdə Rumıniyanın qonağı olacaq. Autsayderlərin – Lüksemburqla Albaniyanın görüşündə isə meydan sahibləri ilk qələbə sevincini dadmağı hədəfləyib.

E qrupunda da maraqlı görüşlər gözlənilir. Məsələn, itkisiz irəliləyən lider Hollandiya Finlandiya ilə səfər oyununda AÇ-yə vəsiqəni tam rəsmiləşdirə bilər. Bir neçə gün öncə Hollandiyada 11 cavabsız qolla uduzan San Marino liderin əsas izləyicilərindən olan İsveçi qəbul edəcəksə, Macarıstan da Moldovanın qonağı olacaq.

F qrupunda Xorvatiya – İsrail görüşünə maraq daha çoxdu. Çünki ikinci vəsiqənin taleyinə məhz bu kollektivlər aydınlıq gətirəcəklər. Aleksandr Starkovun Latviyası lider Yunanıstanı qəbul edəcəksə, qonşu Gürcüstan da səfərdə xala həsrət Maltanın qonağı olacaq.

G qrupunda bu tur Britaniya derbisi ilə əlamətdar olacaq. Belə ki, İngiltərə Uelsi qəbul edəcək. İsveçrə isə Bolqarıstanla üz-üzə gələcək.

H qrupunun ikinciliyi üçün mübarizə aparan Danimarka və Norveç yığmalarının qarşılaşmasına da maraq az deyil. İslandiya isə Kiprlə qarşılaşmada ilk qələbəsini qazanmağa çalışacaq.

I qrupunda da iki görüş baş tutacaq. İspaniya Lixtenşteynlə qarşılaşmada AÇ-2012-yə vəsiqəni özü üçün təmin etməyə çalışacaq. Şotlandiya isə evdə Litvanı məğlub etməyi hədəfləyib.

AÇ-2012-nin seçmə mərhələsi
6 sentyabr

B qrupu

20:00. Rusiya - İrlandiya
23:00. Makedoniya - Andorra
23:15. Slovakiya – Ermənistan

1 Rusiнa 7 5 1 1 10 - 4 16
2 İrlandiya 7 4 2 1 11 - 6 14
3 Slovakiya 7 4 2 1 6 - 4 14
4 Ermənistan 7 3 2 2 13 - 7 11
5 Makedoniya 7 1 1 5 5 - 9 4
6 Andorra 7 0 0 7 1 - 16 0

C qrupu

23:30. Estoniya – Şimali İrlandiya
23:30. Serbiya - Farer adaları
23:45. İtaliya - Sloveniya

1 İtaliya 7 6 1 0 15 - 1 19
2 Sloveniya 8 3 2 3 10 - 6 11
3 Serbiya 7 3 2 2 9 - 9 11
4 Estoniya 8 3 1 4 9 - 12 10
5 Ş.İrlandiya 7 2 3 2 7 - 4 9
6 Farer adaları 9 1 1 7 5 - 23 4

D qrupu

23:15. Bosniya-Herseqovina - Belarus
23:15. Lüksemburq - Albaniya
23:30. Rumıniya – Fransa

1 Fransa 7 5 1 1 11 - 3 16
2 Bosniya-Herseqovina 7 4 1 2 10 - 7 13
3 Belarus 8 3 3 2 6 - 4 12
4 Rumıniya 7 3 2 2 10 - 6 11
5 Albaniya 7 2 2 3 5 - 8 8
6 Lüksemburq 8 0 1 7 1 - 15 1

E qrupu

22:00. Finlandiya - Hollandiya
22:45. Moldova – Macarıstan
23:30. San Marino – İsveç

1 Hollandiya 7 7 0 0 32 - 5 21
2 İsveç 7 5 0 2 21 - 8 15
3 Macarıstan 8 5 0 3 20 - 14 15
4 Finlandiya 7 3 0 4 15 - 12 9
5 Moldova 7 2 0 5 8 - 13 6
6 San Marino 8 0 0 8 0 - 44 0

F qrupu

23:00. Xorvatiya - İsrail
23:30. Latviya – Yunanıstan
23:30. Malta – Gürcüstan

1 Yunanıstan 7 5 2 0 9 - 3 17
2 Xorvatiya 7 5 1 1 13 - 4 16
3 İsrail 8 4 1 3 10 - 8 13
4 Gürcüstan 8 2 3 3 5 - 6 9
5 Latviya 7 2 1 4 6 - 9 7
6 Malta 7 0 0 7 3 - 16 0

G qrupu

23:30. İsveçrə - Bolqarıstan
23:45. İngiltərə - Uels

1 İngiltərə 6 4 2 0 14 - 3 14
2 Çernoqoriya 6 3 2 1 5 - 3 11
3 İsveçrə 5 1 2 2 7 - 7 5
4 Bolqarıstan 6 1 2 3 2 - 9 5
5 Uels 5 1 0 4 3 - 9 3

H qrupu

23:15. Danimarka – Norveç
23:45. İslandiya – Kipr

1 Portuqaliya 6 4 1 1 15 - 7 13
2 Norveç 6 4 1 1 7 - 4 13
3 Danimarka 5 3 1 1 7 - 4 10
4 Kipr 5 0 2 3 5 - 12 2
5 İslandiya 6 0 1 5 2 - 9 1

I qrupu

00:00. Şotlandiya – Litva
01:00. İspaniya – Lixtenşteyn

1 İspaniya 5 5 0 0 15 - 5 15
2 Çexiya 6 3 1 2 8 - 5 10
3 Şotlandiya 5 1 2 2 6 - 7 5
4 Litva 6 1 2 3 3 - 8 5
5 Lixtenşteyn 6 1 1 4 3 - 10 4