Bu gecə iki ev yanıb

bu-gece-iki-ev-yanib
Oxunma sayı: 658

Gecə saatlarında iki rayonda ev yanıb. 

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qazax rayonu, Birinci Şıxlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülu birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan kürsülu, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​