Bu gecə Ukrayna 30 PUA vurub

bu-gece-ukrayna-30-pua-vurub
Oxunma sayı: 1888

Bu gecə Ukrayna Silahlı Qüvvələri Rusiyadan atılan 38 “Şahed” PUA-sından 30-nu vurub.

“Qafqazinfo” Strana.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

PUA-lar Nikolayev, Vinnitsk, Sumı, Kirovoqrad, Xerson, Çerniqov, Dneprepetrovsk və Çerkasski vilayətlərində zərərsizləşdirilib.

Rusiya, həmçinin iki ballistik raket (“İskəndər” və ya KN) atıb. Onları vurmaq mümkün olmayıb.