Firmanın sahibi Zəhra Qutluay gəlinliyin tamamilə əl işi olduğunu deyib: “ Fransız naxışından hazırlanan gəlinlik tamamilə əl işidir. Bu gəlinliyi hazırlamaqda məqsədimiz gənc qızlara fərqli nəsə verə bilməkdir. Uzun fata hər zaman qızların arzusu olub, biz də bunu hazırladıq”.
Qeyd edək ki, böyük marağa səbəb olan gəlinlik mayın 3-nə kimi tanıtımda qalacaq.